15 C
Baku
Friday, April 26, 2024

Azərbaycan Gürcüstandan avtomobil idxalında ilk yerdədir

Azərbaycan ötən il Gürcüstandan avtomobil idxalına görə birinci yerə çıxıb.

Bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

2022-ci ildə ən çox minik avtomobilləri Gürcüstandan aşağıdakı ölkələrə ixrac edilib:

Azərbaycana: 30 452 avtomobil: 308.4 milyon dollar, Ukraynaya: 12 min 673 avtomobil: 119.8 milyon dollar, Ermənistana: 11 min 932 avtomobil: 144.7 milyon dollar, Qazaxıstana: 7352 avtomobil: 104.4 milyon dollar, Qırğızıstana: 7441 avtomobil – 70.9 milyon dollar, Rusiyaya: 5395 avtomobil: 75.6 milyon dollar, Tacikistana: 2610 avtomobil: 17.2 milyon dollar, Belçikaya: 540 avtomobil: 24.7 milyon dollar, Moldovaya: 313 avtomobil: 3.082 milyon dollar, Belarusa: 230 avtomobil, 6.4 milyon dollar.

Qeyd edilir ki, ötən il Gürcüstandan digər ölkələrə minik avtomobillərinin ixracının həcmi 98 faiz artıb. Əgər 2021-ci ildə ölkədən 456.5 milyon ABŞ dolları dəyərində avtomobil ixrac edilibsə, 2022-ci ildə bu rəqəm 903.8 milyon dollar olub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər