Azərbaycan bu ilin yanvar-may aylarında Gürcüstandan 1 400 ton dondurulmuş mal əti idxal edib.
Bu barədə yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Qonşu ölkənin Azərbaycana ixrac etdiyi qida məhsulunun dəyəri 5,84 milyon ABŞ dollarına bərabər olub.
İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi dondurulmuş mal ətinin çəkisi 1 390,2 ton və ya 143 dəfə artıb.