20 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında üçlükdədir

Azərbaycan cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında ilk üçlükdədir.

Xarici media xəbər verir ki, qonşu ölkənin bu ilin 3 rübü ərzində Azərbaycana ixrac etdiyi məhsulun həcmi 488 mln. dollardır.

Gürcüstan Azərbaycandan sonra 473 mln. dollarlıq ixracatı Rusiyaya həyata keçirib.

Cari ilin 9 ayı ərzində Gürcüstanın ən böyük ixracatı isə Çinə olub. Belə ki, bu ölkəyə Gürcüstandan 574,8 mln. dollarlıq məhsul ixrac edilib.

Mənbəapa.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər