6 C
Baku
Monday, December 16, 2024

Azərbaycan Gürcüstanın əsas ixrac tərəfdaşı olub

2023-cü ildə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 28% artaraq 862.07 milyon dollar təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi statistikada bildirilib. Hesabat dövründə Azərbaycana ixrac ölkənin ümumi ixracının 14.2%-ni təşkil edib.

Bu göstəricilərlə Azərbaycan ötən il Gürcüstanın ən çox mal və məhsullar ixrac etdiyi ölkə olub. Gürcüstanın digər iki əsas ixrac tərəfdaşı isə Ermənistan (787.12 milyon dollar) və Qazaxıstan (702.96 milyon dollar) olub.

2023-cü ildə Gürcüstanın ixracı illik müqayisədə 9.1% artaraq 6.090 milyard dollara çatıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər