Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsü olaraq qalır”.
Bu barədə Gürcüstanın iqtisadiyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, bu ilin sonuna qədər Gürcüstan Rusiyanın “Qazprom” şirkətindən 160 milyon kubmetr qaz tədarük edəcək ki, bu da ümumi istehlakın 5 faizə yaxınını təşlil edir: “Bu il daxili tələbatın, təxminən, 2.6 milyard kubmetr olacağı gözlənilir ki, bu həcmin də 95 faizi Azərbaycanın payına düşür. Rusiya qazının payının Gürcüstan bazarında gələn il artacağını düşünmürəm”.
Report