Azərbaycan Gürcüstanın dərman ixrac etdiyi ölkələr arasında ilk üçlükdədir.
Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Qeyd edilir ki, Gürcüstan idxal etdiyi dərman vasitələrini ümumilikdə 26 ölkəyə satıb. Siyahıda birinci yerdə Özbəkistan qərarlaşıb. Bu ölkəyə 28.79 milyon dollarlıq (ABŞ) dərman satılıb. Siyahıda ikinci yerdə qərarlaşan Azərbaycana 10.103 milyon dollarlıq, üçüncü yerdə qərarlaşan Ermənistana isə 2.286 milyon dollarlıq dərman vasitələri satılıb.
Sonrakı yerlərdə Qırğızıstan (1.571 milyon dollar), Rusiya (1.512 milyon dollar) qərarlaşıb.
Xidmətin məlumatına görə, Gürcüstana idxal olunan dərmanların beşdə biri xaricə satılır. Bu il ölkəyə 234.207 milyon dollarlıq dərman vasitələri idxal olunub, onun bir qismi (47.597 milyon dollarlıq preparat-red) xaricə satılıb.