-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Gürcüstanla Hökumətlərarası Komissiyanın yeni tərkibini təsdiq edib

Azərbaycan ilə Gürcüstan arasında İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözlərindən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” sözləri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözlərindən sonra “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərəcək.

Son xəbərlər
Digər xəbərlər