Həştərxandan Azərbaycan, Qazaxıstan və Özbəkistana durna balığı kürüsünün (ağ kürü) ixracı nəzərdə tutulub. Rusiya mətbuatı xəbər verir ki, bu barədə Həştərxan qubernatoru İqor Babuşkin deyib.
Onun sözlərinə görə, Rusiyanın özündə də qırmızı kürünün aşağı məhsuldarlığı səbəbindən ağ kürü ölkənin eko-supermarketlərinə və restoran şəbəkələrinə tədarük ediləcək.
Hazırda bu məhsul bütün Rusiya kürü ixracının yarısını təşkil edir. Rusiyanın hər il təxminən 100 min banka durna balığı kürüsünü satışa çıxardığı bildirilir.