2022-ci ildə operativ məlumatlara görə, Azərbaycanda 32.6 mln. ton neft nəql edilib. Hasil edilmiş neftin 26.3 mln. tonu ixraca nəql edilib.
Banker.az xəbər verir ki, bununla bağlı energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, bu dövrdə 6.5% artımla hasil edilmiş 46.7 mlrd.m3 qazın 22.3 mlrd.m3-i ixrac olunub.