11 C
Baku
Friday, November 15, 2024

Azərbaycan hibrid avtomobillərin idxalını 48% artırıb

Azərbaycan 2024-cü ilin ilk üç rübü ərzində xaricdən 15 710 ədəd hibrid mühərrikli avtomobil idxal edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 5 106 ədəd və ya 48 faiz artımdır.

Belə ki, 2023-cü ilin eyni dövründə 12 722 ədəd hibrid mühərrikli minik avtomobilləri idxal edilmişdi.

Cari ildə idxal edilmiş hibrid avtomobillərin 10 712 ədədi “plug-in”lər (xarici mənbədən elektrik doldurula bilən) olub.

Hesabat müddəti ərzində 2 245 ədəd “e-car”lar idxal edilib ki, bu da illik 6 faiz artımdır.

Ümumilikdə idxal edilmiş hibrid və “e-car”ların dəyəri 360.19 mln. Dollar təşkil edib. 

Son xəbərlər
Digər xəbərlər