11 C
Baku
Thursday, November 14, 2024

Azərbaycan Hindistana yun ixrac edəcək

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının təşkilatçılığı ilə Hindistanın iri yun idxalçılarından olan “NaT IN” şirkətinin direktorunun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Səfər çərçivəsində qonaqların Azərbaycanın qabaqcıl yun emalçılarından olan “Fərhad -91” MMC və “Drujba” MMC şirkətlərinin direktorları ilə görüşü təşkil olunub. Müzakirələrin yekunu olaraq tərəflər hər iki şirkətin iştirakı ilə Azərbaycandan il ərzində texniki göstəriciləri 25-29 və 29-34 mikron olmaqla, ümumilikdə beş min ton qoyun yununun Hindistana ixrac edilməsi barədə ilkin razılığa gəliblər.

Qeyd edək ki, “NaT IN” şirkəti 35 ildən artıq müddət ərzində Yeni Zelandiya, Suriya, Yunanıstan İspaniya, İtaliya, Misir və Çin daxil olmaqla, dünyanın bir sıra ölkəsindən Hindistana yun idxalı ilə məşğuldur. “Azexport” portalının meneceri Ayxan Qədəşov bildirib ki, dünyanın qabaqcıl şirkətlərindən olan “NaT IN” ilə əməkdaşlıq Azərbaycan yununun, Hindistanla yanaşı, digər ölkələrə də ixracı üçün yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər.

Son xəbərlər
Digər xəbərlər