“Lu-Mun Holding” 2021-ci ili 16 milyon 315 min manat zərərlə başa vurub. 2020-ci ildə şirkətin zərəri 31 milyon 240 min manat olub ki, bu da illik müqayisədə 1.9 dəfə azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
2021-ci ildə holdinqin satışdan gəlirləri 29% artaraq aratraq 55 milyon 2 min manat təşkil edib. “Lu-Mun Holding” 2020-ci ildə 42 milyon 776 min manat satış gəlirləri əldə etmişdir.
Hesabat dövründə şirkətin cəmi aktivləri 151 milyon 422 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 9.3% artımdır. 2021-ci ildə “Lu-Mun Holding”in cəmi kapitalı 86 milyon 638 min manatdan 81 milyon 411 min manata, cəmi öhdəlikləri isə 51 milyon 920 min manatdan 70 milyon 12 min manata yüksəlib.
Xatırladaq ki, 2017-ci ildən fəaliyyət göstərən “LU-MUN Holding” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir.
LU-MUN Holdinqin balıq istehsalı sahəsində “Azerbaijan Fish Farm” MMC, quşçuluq sahəsində “Azerbaijan Poultry Company” MMC, ekoloji təmiz məhsullar sahəsində “Azerbaijan Organic Company” MMC və qızılgüllər sahəsində “Azerbaijan Flowers Company” MMC törəmə müəssisələri mövcuddur.