“Azenco” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Banker.az xəbər verir ki, holdinqin səhmdarlarının qərarına əsasən bu vəzifəyə Pərviz Hacıyev təyin olunub.
Qeyd edək ki, təyinata qədər sözügedən vəzifəni Vüqar Əliyev icra edirdi.
Pərviz Hacıyev əvvəllər “PAŞA Holdinq” MMC-nin törəmə strukturu olan “PMD Group” MMC-də rəhbər vəzifələrdə çalışıb, 2022-ci ildən isə “Azenco”nun İH sədrinin müavini olub.