-1 C
Baku
Friday, February 21, 2025

Azərbaycan hotelləri COP29-un vaxtında irihəcmli gəlir əldə edib

Azərbaycanda hotellər keçən il ümumi həcmi 694 milyon manat gəlir əldə edib və bunun da böyük hissəsi noyabr ayının payına düşüb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da keçən illə müqayisədə 42 faiz artımdır. Gəlirlərin həcmi Bakı şəhərində illik 51 faiz artımla 474.2 milyon manata yüksəlib.

Artımın əsas payı noyabr ayına düşüb. Belə ki, noyabr ayında hotellərin gəlirləri 120.65 milyon manat olub və bu da öncəki ayları, hətta turizmin ən aktiv sayıldığı iyul və avqust aylarını 74 faiz üstələyib.

Azərbaycanda hotellərin xərcləri isə 510.41 milyon manat təşkil edib.

Beləliklə, hotel sənayesi vergi xərci çəkilməmiş 183.75 milyon manat həcmində mənfəət əldə edib. Halbuki, keçən ilin mənfəəti cəmi 98.73 milyon manat olmuşdu.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası keçirilib.

34545

ewrew

Son xəbərlər
Digər xəbərlər