17.4 C
Baku
Tuesday, May 13, 2025

Azərbaycan hotelləri ilk rübdə 125 mln. manat gəlir əldə ediblər

Azərbaycanda hotel və mehmanxanalar 2025-cü ilin birinci rübündə turist axının artımından yararlanaraq 125.16 milyon manat gəlir əldə ediblər. Halbuki, keçən ilin eyni dövründə bu rəqəm 111.67 mln. manat idi.

Banker.az xəbər verir ki, gəlirlərin 73.33 mln. manatı nömrələrin satışından, 35.03 mln. manatı iaşə xidmətlərindən, 3.92 mln. manatı müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 1.06 mln. manatı konfrans zallarının təqdim edilməsindən, 11.75 mln. manatı isə digər xidmətlərdən əldə edilib.

Hotel və mehmanxanaların xərclərinin həcmi isə ilin ilk rübündə 119.46 mln. manat olub. Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur. Ötən ilin müvafiq dövründə 100.93 mln. manat xərc etmişdilər.

Son xəbərlər
Digər xəbərlər