Azərbaycanda hotellər 2023-cü ilin ilk üç rübü ərzində mənfəəti illik müqayisədə 73 faiz artıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, hotellər ilin ilk üç rübündə 369.84 milyon manat gəlir və 287.49 milyon manat xidmətlər üzrə xərc çəkiblər. Beləliklə, ilk üç rübdə 82.35 milyon manat ümumi mənfəət əldə ediblər.
Hesabatda qeyd edilir ki, hotellərin gəlirlərinin nömrələrin satışından 224.1 mln. manat, iaşə xidmətlərindən 100.92 mln. manat, müalicə-sağlamlıq xarakterli xidmətlərdən 13.66 mln. manat, konfrans zallarının təqdim edilməsi xidmətlərindən 5.79 mln. gəlir əldə ediblər.
Statistikada qeyd edilir ki, hesabat müddəti ərzində içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər 49.76 mln. manat, bütün növ yanacaq və enerji xərcləri 20.21 mln. manat, suyun alınmasına çəkilən xərclər əmək-haqqı xərcləri 2.32 mln. manat, icarə ödəmələri 97.15 mln. manat, əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər 9.84 mln. manat, reklam xərcləri 3.15 mln. manat və büdcəyə ödənilən vergilər 2.09 mln. manat təşkil edib.
2022-ci ilin ilk üç rübü 269.09 milyon manat gəlirə qarşı cəmi 221.54 milyon manat xərc etmişdi və 47.55 mln. Manat mənfəət etmişlər.