Bildiyimiz kimi, bu il Ramazan və Novruz bayramlarının eyni dövrə təsadüf etməsi qeyri-iş günlərinin sayını artırıb. Belə ki, 5 günlük iş həftəsi ilə çalışanlar üçün martın sonunadək ümumilikdə 11 gün qeyri-iş günü olacaq. Azərbaycanda ən uzunmüddətli tətil günlərindən biri olan Novruz bayramı yaxınlaşdıqca, vətəndaşların regionlara axını sürətlənir. Artıq bir çoxları bayram günlərini ailəsi ilə birlikdə bölgələrdəki istirahət mərkəzlərində keçirmək üçün hazırlıqlara başlayıb.
Banker.az olaraq, Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən məşhur otellərin bayram qiymətlərini araşdırmışıq.
Aşağıdakı cədvəldə təqdim olunan qiymətlər əsasən 20-22 mart tarixlərini əhatə edir. Qiymətlər 2 nəfər üçün nəzərdə tutulub və paketlərə daxil olan xidmətlərə görə fərqlənir. Qiymətlər otellərin təqdim etdiyi Standart, Deluxe və King otaq tipləri üzrə götürülmüşdür.
Yüksək tələbat olan zonalar Şamaxı, Lənkəran və Qəbələ otellərində 2 gecəlik paketlər 600-1000 AZN arasında dəyişir. Münasib seçimlərdə Şəki, Ağdam və Şuşa istiqamətində daha uyğun qiymətə yerləşmə imkanları mövcuddur.
Araşdırmamız zamanı məlum olub ki, bəzi otellərdə 20-22 mart tarixləri üçün artıq boş yer qalmayıb. Siyahıda ulduz (*) işarəsi ilə qeyd olunan otellərdə həmin tarixlər dolu olduğu üçün, alternativ olaraq 18-20 mart tarixlərinin qiymətləri qeyd edilmişdir: Sheki Palace Hotel, Marxal Resort & Spa, Basqal Resort & SPA və Macara Lake Park
Qeyd edək ki, hər kəsin bayramda rayonlara üz tutması səbəbindən otellərdəki qiymətlər dinamikdir və hər an dəyişə bilər. Səyahətinizi planlaşdırarkən qiymətləri bir daha dəqiqləşdirməyiniz və rezervasiyanı gecikdirməməyiniz tövsiyə olunur.








