8 C
Baku
Wednesday, December 25, 2024

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə “COP29 Human Capital Forum” tədbiri keçirilib

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə 15.10.2024-cü il tarixində ölkəmizdə ilk dəfə “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” şüarı ilə “COP29 Human Capital Forum” tədbiri keçirilib.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, «COP29 Human Capital Forum» Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetini əsas alaraq ölkəmizdə insan kapitalının davamlı inkişafı, işçi bağlılığının gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə innovativ insan resursları həlləri kimi fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən beynəlxalq tədbirdir.

Forum BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 13-cüsü “İqlim Dəyişikliklərinə Qarşı Tədbirlər” (Climate Action) planında nəzərdə tutulan “İqlimə Dayanıqlı Gələcək üçün insan kapitalına, sağlamlığa və iş yerlərinə investisiya qoyuluşu mövzularına əsaslanır. Dünyanın 160-dan çox ölkəsində 15.000-dən çox şirkət və 5000-dən çox üzvü olan ən böyük korporativ davamlılıq təşəbbüsü olan “BMT-nin Qlobal Sazişi” bu Forumun əsas tərəfdaşıdır.

Tədbirdə yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri vahid platformada insan kapitalının dayanıqlı inkişafı, iqlim dəyişikliyi ilə mübarizədə insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs etmişlər.

Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu tərəfindən 2022-ci ildə “Baku International HR Forum” və “Baku International CEO Summit”, 2023-cü ildə “Global HR Summit”, 2024-cü ildə “World HR Summit” tədbirləri uğurla həyata keçirilib.

1 13 scaled

2 6 scaled 3 6 scaled 4 5 scaled 5 2 6 2 scaled 7 2 scaled 8 2 scaled 9 1 scaled 10 1 scaled 11 1 scaled 12 1 scaled 13 scaled 14 1 scaled 15 scaled 16 scaled 17 scaled 18 scaled 19 scaled

 

 

 

Son xəbərlər
Digər xəbərlər