15 C
Baku
Friday, November 8, 2024

Azərbaycan “Huawei”lə 5G üzrə əməkdaşlıq edə bilər

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Çinin “Huawei” şirkəti ilə İKT üzrə infrastruktur layihələri, “5G” texnologiyaları və “bulud” xidmətləri kimi sahələrdə əməkdaşlıq edə bilər.

Bu məsələlər şirkətin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Liu Tong və digər nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilib.

“Huawei”in nümayəndələri qurumun və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilmiş “CIDC-2023” tədbirində iştirak etməkdən məmnun olduqlarını bildiriblər.

Dövlət Xidmətinin rəisi İlqar Musayev “Huawei”lə əməkdaşlığın böyük perspektivlərinin olduğunu vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər