Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 1 milyard 270,3 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, yanvar-iyun aylarında dövlət borcuna xidmətlə bağlı xərclərin 1 milyard 100,2 milyon manatı xarici, 170,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərcləri olub.