Azərbaycan 2018-ci ilin I yarısında $139 mln. 964,53 min dəyərində pomidor ixrac edib.
“I yarımillikdə Azərbaycan $139 mln. 964,53 min dəyərində 136,056 min ton pomidor ixrac edib. 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 10,2%, dəyər ifadəsində 15,7% artıb”, – deyə məlumatda bildirilir.
Hesabat dövründə pomidorun əsas ixracatçısı Rusiya olub. Belə ki, bu ilin yanvar-iyun aylarında Rusiyaya $139 mln. 610,45 min dəyərində 135,702 min ton (bütün ixracın 99,7%-i – İF) pomidor ixrac olunub. 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 10%, dəyər ifadəsində 15,6% artıb
2017-ci ildə Azərbaycan $151,6 mln. dəyərində pomidor ixrac edib, pomidorlar əsasən Rusiyaya tədarük olunub.
İnterfaks-Azərbaycan