24 C
Baku
Friday, July 4, 2025

Azərbaycan içkilərin ixracını artırıb

Bu ilin yanvar-aprel ayında Azərbaycandan 5 milyon 112 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb.

Cari ilin 4 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0.08%-ə bərabər olub.

Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 20 milyon 651 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13.2% artıb. Cari ilin yanvar-aprel ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0.59% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər