12 C
Baku
Saturday, May 18, 2024

Azərbaycan İES də valyuta əməliyyatlarına görə cərimələnir

Azərbaycanda ən böyük elektrik stansiyası “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Mərkəzi Bankı tərəfindən xariclə valyuta əməliyyatlarına görə cərimələnir.

Bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.

Bakı Metropoliteni barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 3 sentyabr 2021-ci il tarixdə, Mingəçevir Şəhəri Məhkəməsinə göndərilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkətlər nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Azərbaycan İES 525 meqa vat-saat gücündə olan elektrik stansiyasıdır. Şirkət Mingəçevirdə 1974-cü ildən tikilən İES-in bazasında yaradılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər