Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 145,3 milyon ABŞ dolları olub.
Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxal 129 milyon 821 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 15 milyon 514 min dollar təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən təxminən 56 milyon dollar çoxdur.
©Azərtac