ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi ilə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev arasında görüş olub.
T. Körösi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirdiyini deyib.
Görüşdə BMT və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik prioritetləri, COVID-19-dan sonrakı bərpa prosesi, bu və ya digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.