9 C
Baku
Monday, November 18, 2024

Azərbaycan ilə Ermənistan arasında danışaqlarda üçüncü tərəfə ehtiyac olmamalıdır – Çavuşoğlu

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlarda üçüncü tərəfə ehtiyac olmamalıdır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu Antalya Diplomatiya Forumunda bildirib.

“Münasibətlər normallaşarsa, sülh sazişi olarsa, Ermənistanı niyə bu sıraya daxil etməyək? Çünki biz sülh və sabitlikdən danışırıq. Amma bunun üçün Ermənistanın da eyni anlayışı olması lazımdır. Fikrimcə, sülh müqaviləsi üzrə danışıqlarda üçüncü tərəfə ehtiyac olmamalıdır. Azərbaycan və Ermənistan bir yerdə oturub danışıqlar aparmalıdırlar”, – deyə nazir qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər