13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan ilin I yarısı xaricdən Aİ-95 benzinini 1000 $/tonla alırmış – 14% baha

Azərbaycan bu ilin ilk yarısında premium markalı (Aİ-95) avtomobil benzinin idxal həcmini 14 faiz azaldıb.

Banker.az xəbər verir ki, cari ilin ilk 6 ayında YDM-lər 33.98 min tonluq 05 oktanlı premium benzin alıblar. Keçən ilin ilk yarısında bu rəqəm 39.39 min ton idi.

İdxal edilmiş benzinə çəkilən xərc illik müqayisədə bu il 7 faiz daha baha olub. Məsələn, keçən il Azərbaycan bir tonluq benzin üçün $932 xərc çəkdiyi halda, bu il bu göstərici $997-ə çatıb.

Premium benzinin böyük hissəsi Rusiyadan alınıb. Məsələn, bu il Rusiyadan 12.78 min tonluq avtomobil benzini alınıb.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda Avro-5 standartına cavab verən “Aİ-95” markalı avtomobil benzini istehsalına başlanılır. Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin iyulun 15-dən bazarın konyukturasına uyğun olaraq, 0.40 manat ucuzlaşaraq 1.60 manata endirilib.

Azərbaycanın xaricdən idxal etdiyi 95 oktanlı premium benzin, 2024-cü ilin I yarısı
Miq, ton Dəyər, min $
Rusiya    12,784.6    11,830.1
Belarus      9,938.9      9,981.4
Yunanıstan      6,585.3      7,122.1
Bolqarıstan      2,245.5      2,491.9
Rumıniya      1,645.4      1,743.2
BƏƏ        782.8        697.5
CƏMİ    33,982.4    33,866.1

 

 

Azərbaycanın xaricdən idxal etdiyi 98 oktanlı super premium benzin, 2024-cü ilin I yarısı
Miq, ton Dəyər, min $
  Bolqarıstan 460.68 564.8
  Rumıniya 375.17 459.95
  Belarus 275.1 337.27
CƏMİ 1110.95 1362.02

 

Son xəbərlər
Digər xəbərlər