Azərbaycan Respublikasına 2023-cü ilin ilk dörd ayında 433.15 mln. dollar dəyərində avtomobil gətirilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirib.
Bildirilir ki, idxal edilmiş avtomobillərin sayı 29 855 ədəd təşkil edir.
Avtomobil idxalının miqdarı 28% artdığı halda, dəyəri 47% artıb. Bu da o deməkdir ki, hər bir avtomobilə düşən avtomobilin orta qiyməti öncəki ildən daha yüksəkdir.
Cari ilin yanvar-aprel aylarında idxal edilmiş avtomobillərin 27 589 ədədi (382.17 mln. dollar) minik avtomobilləri olub.
XİF MN uzrə
malın kodu |
Malın adı | Miqdarı (ədəd) | Statistik dəyəri
(min ABŞ dolları) |
Cəmi idxal olunmuşdur o cümlədən: | 29 855 | 433 146.85 | |
8702 | Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri | 55 | 3 772.17 |
8703 | Əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri | 27 589 | 382 169.04 |
ondan: | |||
870340, 870350, 870360, 870370 | daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri | 4 474 | 88 014.56 |
870380 | yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri | 568 | 23 771.11 |
8704 | Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri | 2 061 | 30 375.41 |
8705 | Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri | 150 | 16 830.23 |