2021-ci ilin yanvar-may aylarında respublikada elektrik enerjisinin istehsalı 10 928.0 mln. kVt·st olub.
Banker.az Energetika Nazirliyində əldə etdiyi məlumata əsasən xəbər verir ki, hesabat dövründə elektrik enerjisi ən çox Rusiya, Gürcüstan, İrandan idxal edilib.
Belə ki, İrandan 14.4 mln. kVt·st, Rusiyadan 39.3 mln. kVt·st, Gürcüstandan isə 22.9 mln. kVt·st elektrik enerjisi idxal edilib.
Cari ilin 5 ayı ərzində elektrik enerjisinin ixracı 569,9 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,7 mln. kVt·st artıb. İrana 14,4 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 39,4 mln. kVt·st, Gürcüstana isə 503,4 mln. kVt·st elektrik enerjisi ixrac edilib.