Azərbaycan 2025-ci ilin ilk rübündə xaricə siqaret ixracını kəskin artırıb.
Banker.az xəbər verir ki, ilin ilk rübündə xaricə 459.49 milyon ədəd və ya 6.768 mln dollarlıq siqaret ixrac edilib.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 54%, dəyər baxımından isə 66% artıb.
Siqaretin hər milyon ədədinin ixrac dəyəri 2024-cü ilin ilk rübündə 13 683 dollar olduğu halda, 2025-ci ildə 14 729 dollara qədər yüksəlib. Bu illik müqayisədə siqaretin orta ixrac qiymətinin 8% bahalaşmasıdır.
Azərbaycanın siqaretinin əsas alıcısı yenə də Gürcüstandır. Keçən rübdə Azərbaycandan 324.97 mln. və ya 5.459 mln. dollarlıq siqaret satılıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ilin ilk rübündə Azərbaycanın zavodları 3 mlrd. 94,1 mln. siqaret istehsal edib və öncəki illə müqayisədə 0.1% azalmadır.