32 C
Baku
Tuesday, August 19, 2025

Azərbaycan inflyasiya ilə bağlı proqnozunu yeniləyib

Azərbaycanda bu il orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 %, yeniləmiş proqnoz isə 5,1 % nəzərdə tutulsa da, bu ay təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 % gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.

Sənədə əsasən, buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir edib.

Son xəbərlər
Digər xəbərlər