16 C
Baku
Friday, September 27, 2024

Azərbaycan İnsan Resursları Assosiasiyası yaradıldı

Azərbaycan İnsan Resursları Assosiasiyası (AİRA) yaradılıb. 

Bununla bağlı Ədliyyə Nazirliyindən məlumat verilib. 

AİRA-nın əsas məqsədlərindən biri insan kapitalının bütün səviyyələrdə və istiqamətlərdə inkişaf etdirilməsi, həmçinin, innovativ və səmərəli şəkildə elmi əsaslandırılmış metodlarla istifadə olunmasıdır. Həmçinin, AİRA insan resurslarının strateji baxımdan yönləndirilməsi, bu sahədə fəaliyyət göstərən mütəxəssislərə və ümumilikdə karyerasını qurmağı planlaşdıran şəxslərə dəstək olunması məqsədilə yaradılıb.

AİRA-nın əsas hədəfi milli İnsan Resuslarının İdarə Edilməsi standartlarının müəyyən olunması və biznesdə çevik idarəetmə sistemlərinin qurulmasına töhfələr verməkdir. Assosiasiya insan resurslarının idarə olunması üzrə Azərbaycan iqtisadiyyatında mövcud tendensiyaları nəzərə almaqla elmi məlumatlara və araşdırmaya əsaslanan, beynəlxalq təcrübədə sınaqdan çıxmış (best practices) prosedur və praktikalardan faydalanacaq.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər