Azərbaycan internet sürətində 3 pillə irəliləyib

Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 149 ölkə arasında öncəki ayla müqayisədə 3 pillə irəliləyərək 92.77MB/S sürətlə 78-ci yerdə qərarlaşıb.

Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Əfqanıstan tutub.

Azərbaycan mobil internetin sürətinə görə iyul ayına nisbətən avqustda 1 pillə irəliləyərək 99.13 MB/S sürətlə 102 ölkə arasında 47-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Əfqanıstan tutub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər