4 C
Baku
Thursday, January 8, 2026

Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP-5 ölkəsi sırasında yer alıb

Dünya Bankının Business Ready (B-READY) 2025 hesabatında Azərbaycan kommunal xidmətlər sahəsi, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə ilə qiymətləndirilib.

Hesabatda Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb (31.05 xal ilə 5-ci yer).

Eyni zamanda, tənzimləyici keyfiyyət (30.83 xal ilə 17-ci yer) və idarəetmə-şəffaflıq göstəriciləri (29.17 xal ilə 27-ci yer) üzrə də ölkə ilk 30-luqda yer alıb.

Ümumilikdə, kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83.05 xal ilə 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb.

Qeyd edək ki, kommunal xidmətlər sahəsində ölkəyə ən çox töhfə verən alt-indikator məhz internet xidmətləri olub.

Business Ready qiymətləndirməsi dövlət xidmətlərinin keyfiyyəti, tənzimləmə mühiti və əməliyyat effektivliyini ölçən beynəlxalq metodologiyaya əsaslanır və 2025-ci il hesabatında 101 ölkəni əhatə edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər