22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan İnvestisiya Holdinqi niyə yaradıldı və onun missiyası nədən ibarətdir?

Son dövrlər Azərbaycan iqtisadiyyatında baş verən ciddi dəyişikliklərdən biridə məhz prezidentin müvafiq fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılması oldu. Bu hətta belə bir vəziyyətdə bir çoxları üçün sürpriz addım hesab edilə bilər. Lakin, bir tərəfdən də, koronavirusun ölkə iqtisadiyyatına vurduğu ciddi zərbənin nəticəsində büdcədə yaranan kəsr, iqtisadi proseslərin optimallaşdırmaq yolunu tutmağa sövq etdi. Təbii ki, burada əsas məsələ iri dövlət şirkətlərinin dövlət büdcəsindən daimi maliyyə yardımlarının alması nəticəsində, büdcəyə hər hansı bir gəlir verməməsi, ölkə iqtisadiyyatına kömək etmək əvəzinə isə əlavə yükə çevrilməsi olmuşdur. Bununla bağlı hətta prezident son çıxışlarından  birində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) fəaliyyətini sərt tənqid etmişdir. Məlumat üçün bildirək ki, pandemiya dövründə dövlət büdcəsindən AZAL-a 86 mln. manat dövlət dəstəyi göstərilib. Büdcədən subsidiyaların ayrılmasına rəğmən, AZAL digər dövlət şirkətləri kimi maliyyə nəticələrini KİV-ə açıqlamayıb. Nəzərə alsaq ki, AZAL kimi ölkə büdcəsinə ciddi yük olan bir xeyli dövlət şirkəti mövcuddur , o zaman bu istiqamətdə müəyyən işlərin görülməsinə ciddi ehtiyac yaranıb. Və olan seçimlər arasında prezident ehtimal ki, AİH yaradılması ssenarisi üzərində dayanmışdır. Ekspertlərin fikrincə bu ssenari İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən təqdim edilmişdir və onun icrasına məhz bu nazir cavabdehlik daşıyacaqdır.

Beləliklə, prezident İlham Əliyevin 7 avqust 2020 tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdır. Holdinqin nizamnamə kapitalı 10 mln. manat təşkil edir.

Verilən qərarlara əsasən, AİH 3 idarəetmə xətti müəyyən edilib: Müşahidə Şurası, İdarə Heyəti və Baş icraçı direktor. Maraqlısı odur ki, hər 3 mərhələ üzrə üzvlər (və ya rəhbər işçilər- Baş icraçı direktordan aşağı vəzifələr xaric) prezident tərəfindən təyin ediləcəkdir.

Fondun rəhbərliyi haqqında qısa arayış:

Screen Shot 2020 08 27 at 18.25.57

Screen Shot 2020 08 27 at 18.37.36

Screen Shot 2020 08 27 at 18.39.34

AİH fəaliyyətini əsasən holdinqin sərəncamına verilən dövlət şirkətlərinin bütün iqtisadi və biznes fəaliyyətini optimallaşdıracaq, həmçinin onların işləmələrinə nəzarəti həyata keçirəcəkdir. Bununla yanaşı, holdinq həmçinin özəlləşdirilməsi nəzərdə tutulan qurumların sağlamlaşdırılması prosesini həyata keçirəcək.

İstisna edilmir ki, holdinqin nəzarətinə verilmiş təşkilatların (şirkətlərin) rəhbərləri bir müddət sonra dəyişdirilsin. Çünki onların fəaliyyəti qənaətbəxş olsaydı, belə bir holdinqin yaradılmasınada ehtiyac qalmazdır.

O ki qaldı holdinqin səlahiyyətlərinə, AİH nizamnaməsindən göründüyü kimi, holdinqə fəaliyyətini təmin etmək üçün kifayət qədər geniş manevr imkanları, həmçinin nəzarət alətləri verilmişdir. Bu haqqda ətraflı məlumat  üçün holdinqin nizamnaməsi ilə tanış olmaq kifayət edir.

Artıq holdinqin idarəetmə orqanı və rəhbər şəxslər təyin edildiyindən, növbəti addım kimi quruma işçi heyətinin yığılması prosesi başlanacaqdır. Bu proses qismən yekunlaşdıqdan sonra dövlət qurumlarından bəziləri onların nəzarətinə veriləcəkdir.

AİH Baş İcraçı direktor vəzifəsinə təyin edilən  şəxsin tərcümeyi halından ehtimal etmək olar ki, bu quruma kifayət qədər güclü və əmək haqqıları yüksək olan kadrların cəlb edilməsi gözlənilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər