3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan İnvestisiya Holdinqinə yeni təyinat

Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədi ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinə yeni təyinat olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, AİH-in Hasilat sənayesi və energetika şöbəsinin müdiri kimi Anar Novruzov təyin edilib.

A.Novruzov buna qədər, Böyük Britaniyanın “Ernst&Young” audit və konsaltinq şirkətinin Səudiyyə Ərəbistanındakı törəmə şirkətində strateji və tranzaksiyalar üzrə meneceri kimi çalışıb. O, S.Ərəbistanına bu vəzifəyə görə 2019-cu ilin oktyabrında təyinat almışdı. S.Ərəbistanından öncə isə adıçəkilən audit şirkətinin Azərbaycan üzrə törəməsində audit və zəmanət üzrə menecer kimi çalışırdı.

O, Şotlandiyanın Aberdin Universitetində neft, enerji iqtisadiyyatı və maliyyəsi üzrə magistr dərəcəsinə sahiblənib.

Xatırladaq ki, Azərbaycan İnvestisiya Holdinqi 2020-ci ilin 7 avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılıb. Dövlətə məxsus bir sıra böyük şirkətlərin (AZAL, ADY, ASCO, AzerGold və s. kimi) idarə etməsi AİH-ə ötürüləcək.

Son xəbərlər
Digər xəbərlər