Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı genişlənib.
Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, aşağıdakı qurumlar da siyahıya əlavə edilib:
-“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti
– “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti
-“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti.