13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan İnvestisiya Holdinqinin nəzarətində olan şirkətlərin sayı 17-ə çatıb

Banker.az-ın verdi məlumata görə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən şirkətlərin sayın 17 çatıb. Şirkətlərin siyahısında artım ötən günlərdə ölkə prezidentinin fərmanı ilə baş tutub. Belə ki, Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin 16 iyul fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti  və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sənəd imzalanmışdır.

Hazırda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan şirkətlər aşağıdakılardır:

  • Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)
  • AzərEnerji ASC
  • “Azərİşıq” ASC
  • AzərGold QSC
  • Azərbaycan Dəmir Yolları QSC
  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC
  • Bakı Metropoliteni QSC
  • Azərbaycan Hava Yolları QSC
  • Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC
  • Baku Bus MMC
  • Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
  • Azərsu ASC
  • Azəristiliktəchizat ASC
  • Təmiz Şəhər ASC
  • Azərbaycan Beynəlxalq Bankı (ABB)
  • Azər-Türk Bank ASC
  • Azərsığorta

Məlumat üçün bildirək ki,holdinqin Müşahidə şurasına Baş nazir Əli Əsədov sədrlik edir. Üzvlər isə prezidentin köməkçiləri Şahmar Mövsümov, Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Azərbaycan İnvestisiya Holdinqinin birbaşa idarəetməsini isə bu şəxslər icara edirlər: İdarə heyətinin sədri Mətin Eynullayev (həmçinin  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisidir), İdarə heyətinin üzvləri Rövşən Nəcəf (həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidentidir), Azər Mursaqulov (Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktorudur), Ruslan Əlixanov (Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorudur).

Son xəbərlər
Digər xəbərlər