6 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycan İnvestisiya Şirkəti” 2017-ci ilin hesabatına dair müstəqil auditini indi seçir

Azərbaycan İnvestisiya Şirkəti ASC-nin (AİŞ) 2017-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib olunmuş maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi xidmətləri üçün açıq tender elan edib.

Banker.az-ın məlumatına görə, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Xocalı pr. 37 (Demirchi Tower; mərtəbə 20; AZ1025) (Əlaqələndirici şəxs :Mixayil Qomelko, telefon :(012) 488-80-10) ünvanından ala bilərlər .

Son xəbərlər
Digər xəbərlər