Azərbaycan İnvestisiya Şirkəti ilə “Balxurma” MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 mln. ₼ investisiya qoyulması barədə müqavilə imzalanıb.
Banker.az xəbər verir ki, bu barədə AİŞ-in Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, investisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir.