“Azərbaycan İnvestisiya Şirkəti” ASC Könüllü tibbi sığorta təminatı üzrə xidmət barəsində elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Banker.az xəbər verir ki, tenderin qalibi “A-Qroup Sığorta Şirkəti” ASC-dir.
“Azərbaycan İnvestisiya Şirkəti” buna görə sığorta şirkətinə 17 390 manat ödəyəcək.
Onu da qeyd edək ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.
Xatırladaq ki, Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.