10 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan İnvestisiya Şirkəti” sığorta şirkəti seçdi

“Azərbaycan İnvestisiya Şirkəti” ASC Könüllü tibbi sığorta təminatı üzrə xidmət barəsində elan etdiyi tenderin nəticəsini açıqlayıb.

Banker.az xəbər verir ki, tenderin qalibi “A-Qroup Sığorta Şirkəti” ASC-dir.

“Azərbaycan İnvestisiya Şirkəti” buna görə sığorta şirkətinə 17 390 manat ödəyəcək.

Onu da qeyd edək ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Xatırladaq ki, Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.

 

Son xəbərlər
Digər xəbərlər