16 C
Baku
Friday, October 18, 2024

“Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoruna yeni müavin təyin edilib

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoruna yeni müavin təyin edilib.

Bu, Ziya Kəngərlidir.

O, 1980-ci il Bakıda anadan olub, Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib, eyni zamanda, Kolumbiya Universiteti və London Biznes Məktəbində (LBS) MBA dərəcəsi əldə edib.

Z.Kəngərli indiki vəzifəyə təyin edilməmişdən öncə Maliyyə Monitorinq Xidmətinin İdarə Heyəti sədrinin müşaviri olub, Dövlət Neft Fondunda aktivlərin idarə edilməsi sahəsində müxtəlif vəzifələrdə çalışıb, risklərin idarə edilməsi, investisiya siyasətinin hazırlanması və aktivlərin strateji bölüşdürülməsi üzrə cavabdeh bölmələrə rəhbərlik edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər