Ötən il Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlilik göstəriciləri artıb.
Banker.az xəbər verir ki, bu barədə AİŞ-in Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında paylaşıb.
Nazir qeyd edib ki, 2022-ci ilin sonuna şirkətin investisiya portfeli və qərar verilmiş investisiyalar üzrə maliyyə məbləği 240.3 mln. ₼ təşkil edib. Bu məbləğin 76%-i ağır sənayenin, 13%- qida sənayesinin, 3%-i yaşıl iqtisadiyyatın, 8%-i isə digər sahələrin payına düşüb.