22 C
Baku
Friday, April 26, 2024

Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapİtalı 40% artırılır

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 64 mln. manat və yaxud 40% artırılaraq 224 mln. manata çatdırılacaq.

Bu barədə “Report”a şirkətdəki mənbə bildirib.

Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 64 min yeni səhm buraxılacaq.

“Kapital artımı bir neçə aydır ki, planlaşdırılırdı. Amma bu ilin may ayında AİŞ-in rəhbərliyində dəyişiklik oldu, buna görə də, proses bir qədər ləngidi. Artıq kotirovka sorğusu da keçirilib və “Unicapital” investisiya şirkətinin vasitəçiliyi ilə, yeganə səhmdarımız olan və Azərbaycan dövlətinin adından çıxış edən Maliyyə Nazirliyi yeni səhmləri əldə edəcək”, – deyə mənbə qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər