23 C
Baku
Monday, September 16, 2024

Azərbaycan investoru Rusiya zavodunu müflisləşmədən xilas edir

Azərbaycanın “AS Group Investment” şirkətinin tərkibinə daxil olan Rusiyanın “AS Prom” MMC Sverdlovsk vilayətində yerləşən “1 May Kirov maşınqayırma zavodu” ASC-ni müflis olmaqdan xilas edəcək.

“Nabludatel” saytına istinadən verdiyi görə, zavodun əsas kreditoru olan “AS Prom” istehsalın yenidən təşkil olunması üçün çoxmilyardlı müqavilə imzalayıb. Bu müqavilə zavodun iflasa uğramasının qarşısını alacaq.

“AS Prom” Sverdlovsk vilayətində tikilməkdə olan sənaye iqtisadi zonasında – “Titan vadisi” xüsusi iqtisadi zonanın 8 rezidentindən biridir. Burada sahibkarlar əmlak, nəqliyyat və torpaq vergisindən azaddırlar. Mənfəət vergsi isə 4,5% azaldılaraq 15,5%-ə çatdırılacaq.

Qeyd edək ki, “AS Group Investment” Azərbaycanda istehsal və tikinti bazarında aparıcı mövqe tutan iri developer şirkətlərindən biridir./Report

Banker.az “As Group Invesment” şirkətinin nümayəndəsi Əziz Xəlifov ilə əlaqə saxlamışdır və bu məsələ ətrafında onun fikirlərini öyrənmişdir. Əziz Xəlifov bildirmişdirki: “Bu məlumatda “AS Group Investment”-ə istinadın hüquqi əsası yoxdur. “AS Group Investment” MMC məlumatda adı hallanan «AS Prom» MMC-in təsisçisi, səhmdarı və ya mülkiyyətçisi deyil. Beləliklə, Rusiya və Azərbaycan informasiya resurslarında yayımlanan bu məlumat reallığa uyğun deyildir.”

 

Son xəbərlər
Digər xəbərlər