10 C
Baku
Thursday, November 14, 2024

Azərbaycan İpoteka Fondu hesabına bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb

Azərbaycan İpoteka Fondu (AİF) hesabına bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb.

Bu barədə məlumat fondun saytında yerləşdirilib.

Məlumata əsasən, ipoteka kreditləşməsi başlanandan indiyədək Azərbaycanda 30 bank AİF-in vəsaitləri hesabına ipoteka krediti verib. Siyahıya nəzər salanda məlum olur ki, 2006-cı ildən 2016-cı il yanvarın 1-nə qədər AİF-in hesabına verilən ipoteka kreditlərinin sayına görə “AGBank” liderdir. Hesabat dövründə bu bank 1432 ipoteka krediti verib. Verilmiş ipoteka kreditlərinin sayına görə ilk beşliyi “Xalq Bank” (1262 kredit), “Dəmirbank” (1253 kredit), “Bank Standard” (1184 kredit) və “Muğanbank” (1101)  tamamlayır.

“Yapı Kredi Bank”(49), “Əmrahbank” (47), “Azər-Türk Bank” (25 kredit), “Azərbaycan Sənaye Bankı” (12) və “Rabitəbank” (8) AİF xətti ilə ən az ipoteka krediti verən banklardan sayılır.

 

x892c2324ab5fca5a96c724a7d2605955.jpg.pagespeed.ic.u3jJZ0 4Tv

APA-Economics

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər