«Azərbaycan İpoteka Fondu»-nun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Banker.azın Bakı fond Birjasına istinadən verdiyi informasiyaya əsasən, Azərbaycan İpoteka Fondu istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanıb. 

Hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100.9417%   qiymətlə satışa çıxarılacaqdır.

İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankı olacaqdır.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər