“Azərbaycan İpoteka fondu” ASC əməkdaşlarının tibbi sığortası üzrə tender elan edib. Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Tenderdə iştirak haqqı 100 manatdır. İlkin sənədlər dekabrın 1-nə qədər, tender təklifləri isə dekabrın 12-nə qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanında yerləşən inzibati binasına təqdim edilməlidir.
Təkliflərə dekabrın 13-də, saat 15:00-da adı çəkilən ünvanda baxılacaq.






