7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan İpoteka Fondunun səhmləri qeydiyyata alınıb

22 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində fəaliyyət göstərmiş Azərbaycan İpoteka Fondunun yenidən təşkil yolu ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin (Fond) yaradılması ilə əlaqədar olaraq, Fondun hər birinin nominal dəyəri 1 manat olan  307 238 671 ədəd adi səhmlərinin buraxılışı AZ1001008684 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Xatırladaq ki, MBNP ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmışdır.

 

Son xəbərlər
Digər xəbərlər